...

Serbiyalı futbolçu Azərbaycan yığmasında oynamaqdan imtina etməsi ilə bağlı deyilənlərin yalan olduğunu bildirib

Cəmiyyət Materials 17 Oktyabr 2008 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir R.Ergün/ Serbiyanın "Srvena-Zvezda" futbol klubunda çıxış edən Branimir Subaşiç Azərbaycan yığma komandasında oynamaqdan imtina etməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

"Mən yığma komandadan imtina etməmişəm. Heç belə fikrim də olmayıb. Azərbaycan mənim ikinci vətənimdir", Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytına Subaşiç deyib.

Trend -un arayışı: Oktyabrın 17-də Subaşiçin Azərbaycan yığma komandasında oynamaqdan imtina etməsi ilə bağlı xəbər yayılıb. Yayılan xəbərlərdə Serbiyadan olan futbolçunun milli komandadan imtina etməsinin səbəbi göstərilməyib.

Subaşiç Azərbaycan yığmasında uzun müddətdir çıxış edir.

Hüçumçu mövqeyində çıxış edən futbolçu uzun müddət Bakının "Neftçi" klubunun formasını geyinib. O, bir neçə ay əvvəl "Neftçi"dən Serbiyanın "Srvena-Zvezda" klubuna transfer olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti