...

Azərbaycanın "Araz" futzal klubunun UEFA kubokundakı oyunlarının başlama vaxtı müəyyənləşib

Cəmiyyət Materials 20 Oktyabr 2008 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir R.Ergün/ Futzal üzrə UEFA kubokunun elit mərhələsində mübarizə aparacaq Azərbaycanın "Araz" klubunun oyunlarının başlama vaxtı müəyyənləşib.

"Araz" ilk oyununu noyabrın 8-də Xorvatiyanın "Nasional" klubuna qarşı keçirəcək və görüş Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Azərbaycan komandası UEFA kubokunda keçirəcəyi ikinci oyunda Rusiyanın "Dinamo" klubu ilə görüşəcək. Bu oyun noyabrın 9-da keçiriləcək və saat 21.00-da başlayacaq.

"Araz" son oyunda Ruminiyanın "Odorheu" komandası ilə qarşılaşacaq. Noyabrın 11-də keçiriləcək oyunun saat 21.00-da başlayacağı gözlənilir.

Azərbaycan klubunun çıxış edəcəyi qrupun bütün oyunları Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək.

"Araz"ın baş məşqçisi Böyükağa Hacıyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti