...

"Xəzər-Lənkəran" - "Neftçi" oyununun hakimi cəzalandırılacaq – PFL-in prezidenti

Cəmiyyət Materials 21 Oktyabr 2008 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Premyer-Liqasının ən prinsipial oyunu sayılan "Xəzər-Lənkəran" - "Neftçi" qarşılaşmasında səhvə yol vermiş yan xətt hakimi cəzalandırılacaq.

"Mən oyunu stadiondan izləyirdim. Orda yan xətt hakiminin səhv etdiyini müəyyənləşdirmək çətin idi. Amma sonra videotəkrarda həmin epizoda baxıb, laysmanın səhv etdiyini gördüm. Buna görə həmin hakim azı üç oyunluq cəzalandırılacaq", çərşənbə axşamı Trend -a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Trend -un arayışı: Lənkəranda keçirilən "Xəzər-Lənkəran" - "Neftçi" oyununda meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb. "Xəzər-Lənkəran"ın hücumçusu İvan Çvetkovun görüşün 29-cu dəqiqəsində vurduğu qol zamanı yan xətt hakimi Azər Əsgərov böyük səhv edib. O, Çvetkovun qol vurarkən oyundankənar vəziyyətdə olduğunu müəyyənləşdirə bilməyib və görüşün nəticəsinə təsir edən səhvə yol verib.

Musayev bildirib ki, qol epizodunda yan xətt hakimini bir neçə futbolçunun eyni vaxtda hərəkətdə olması çaşdırıb "Biz bu məsələni müzakirə edəcəyik. Çox güman, həmin epizodda bir neçə futbolçunun eyni vaxtda hərəkətdə olması yan xətt hakiminin düzgün qərar verə bilməməsinə təsir edib".

"Xəzər-Lənkəran" - "Neftçi" oyunundan sonra keçirilən mətbuat konfransında komandaların baş məşqçiləri hakimlikdən narazı olmadıqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti