...

Futbol üzrə Azərbaycan və Latviya yığmaları arasındakı yoldaşlıq oyunu baş tutmayacaq

Cəmiyyət Materials 21 Oktyabr 2008 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının Latviya ilə noyabrın 19-na planlaşdırılan yoldaşlıq görüşü baş tutmayacaq. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan və Latviya futbol qurumları arasındakı razılığa əsasən, gələn ayın 19-da Bakıda iki ölkənin yığma komandaları arasında yoldaşlıq görüşü keçirilməli idi.

Bu gün Latviya Futbol Federasiyası AFFA-ya məkub göndərərək, Bakıya gələ bilməyəcəkləri barədə xəbərdarlıq edib. Səbəb kimi nəqliyyat problemi göstərilib.

Azərbaycan yığma komandasının baş məqçsi Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti