...

Bakıda İtaliyanın məşhur "Milan" klubu futbolçularının idman köynəklərinin satışı təşkil olunacaq

Cəmiyyət Materials 23 Oktyabr 2008 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın paytaxtı Bakı şəhərində İtaliyanın məşhur "Milan" klubu futbolçularının idman köynəklərinin qapalı satış mərasimi təşkil olunacaq. Bu barədə Trend -a Bakının "İnter" klubunun mətbuat xidməti məlumat verib.

Bir müddət əvvəl Bakıda, "Milan" klubunun keçmiş oyunçularının iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransı oktyabrın 27-də başlayacaq "Milan Junior Kamp" layihəsinə həsr olunub.

"Milan" klubunun təqdim edəcəyi idman köynəklərinin satışından əldə olunacaq vəsait Suraxanı İnternat Məktəbinin bank hesabına köçürüləcək.

Satışa "Milan"ın məşhur futbolçuları olan Paulo Maldininin, Ronaldonun, Andrey Şevçenkonun, Filippo İnzaqinin, Kaxa Kaladzenin və Cennaro Qattuzonun imzalanmış, orijinal köynəkləri çıxarılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti