...

Müslüm Maqomayevin cənazəsini Bakıya gətiriblər

Cəmiyyət Materials 28 Oktyabr 2008 20:35 (UTC +04:00)
Müslüm Maqomayevin cənazəsini Bakıya gətiriblər

Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir A.Qasımova/ Böyük müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin cənazəsini Bakıya gətiriblər. Hava limanında müğənninin nəşini Baş nazirin müavini səlahiyyətlərini icra edən Elçin Əfəndiyev, Bakı şəhərinin meri Hacıbala Abutalıbov və aparıcı mədəniyyət xadimləri qarşılayıblar. Bu gün Moskvada Çaykovski adına Konsert Salonunda böyük müğənni ilə vida mərasimi keçirilib. Bundan sonra onun nəşinin olduğu tabutu Bakıya gətiriblər. Sabah Azərbaycan Dövlət Filarmoniyasında vida mərasimi davam edəcək.

Sovet estradasının kralını Bakıda Fəxri Xiyabanda torpağa tapşıracaqlar.

Oktyabrın 24 - dən 25 - nə keçən gecə  67 yaşlı Müslüm Maqomayevin ürəyi dayanıb.  

Müğənni son illərdə  ürək çatışmazlığından əziyyət çəkirdi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti