...

Böyük müğənni Müslüm Maqomayev Bakıda torpağa tapşırıldı

Cəmiyyət Materials 29 Oktyabr 2008 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ SSRİ xalq artisti, müasir dövrün böyük müğənnisi Müslüm Maqomayev çərşənbə günü Vətənində, Bakıda Fəxri Xiyabanda torpağa tapşırılıb.

Böyük müğəni oktyabrın 25-də Moskvada ürək çatımazlığı nəticəsində 67 yaşında vəfat edib. Çərşənbə axşamı onun nəşinin olduğu tabut xüsusi reyslə Bakıya gətirilib.

Saat 11 - dən  Dövlət Filarmoniyasında Maqomayevlə vida mərasiminə minlərlə insan - həm məşhurlar, həm də ən müxtəlif yaşda insanlar, sadə bakılılar gəlib.Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da böyük müğənninin xatirəsini yad etməyə gəlib. Dəfn mərasiminə Rusiyanın - Müslim Maqomayevin ikinci vətəninin nümayəndələri, rusiyalı jurnalistlər və əlbəttə ki, mərhum müğənninin həyat yoldaşı - SSRİ xalq artisti Tamara Sinyavskaya da gəlib. Azərbaycan prezidenti İlham Əliyev günorta müğənni ilə vida mərasimində iştirak edib.

Müslim Maqomayev 1942 - ci il avqustun 17- də Bakıda anadan olub. Fortepiano və  bəstəkarlıq sinfi üzrə  Bakı Konservatoriyası nəzdində musiqi məktəbində oxuyub, nəğmə sinfi üzrə Azərbaycan Konservatoriyasını bitirib.

Ona ümumittifaq şöhrətini 1962-ci ildə Kremlin Qurultaylar Sarayında Azərbaycan Incəsənəti Festivalının son konsertində çıxışı gətirib. Bariton müğənninin ilk solo konserti 1963 - cü il noyabrın 10 -da, Çaykovski adına Konsert salonunda keçirilib.

1963 - cü ildə Maqomayev,  Axundov adına Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1964 - 1965 - ci illərdə Milanın "La Skala" teatrında təcrübədən keçib, 1960-cı illərdə Sovet İttifaqının ən iri şəhərlərində "Toska" və "Seviliya bərbəri" tamaşalarında çıxış edib (tərəf- müqabili - Mariya Bieşu), Böyük Teatrın truppasına keçmək təklifini qəbul etməyib.

1969 - cu ildə Sopot festivalında Maqomayev I mükafatı, Kannda isə "Qızıl val" mükafatını alıb.

1973 - cü ildə 31 yaşlı  Müslüm Maqomayev SSRİ Xalq Artisti fəxri adına layiq görülüb

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti