...

Azərbaycan paytaxtında ikiyaşlı oğlunun başını kəsən ata həbs olunub

Cəmiyyət Materials 30 Oktyabr 2008 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı 30 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan paytaxtında ikiyaşlı oğlunun başını kəsən ata həbs olunub.

Bakının Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, çərşənbə günü iki yaşlı oğlu Nurullah Mürsəlovun boğazını bıçaqla kəsib onu qətlə yetirən Əmircan qəsəbə sakini, 1981-ci il təvəllüdlü Xalis Mürsəlov bu gün səhər rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs olunub.

Məlumata görə ata azyaşlı oğlunun başını kəsəndən sonra, hamilə həyat yoldaşı Lamiyə Mürsəlovaya bıçaqla ağır bədən xəsarəti yetirib və hadisə yerindən qaçıb.

Mürsəlova ağır vəəiyyətdə xəstəxanaya yerləşdirilib.

Mürsələov barəsində Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) və qəsdən adam öldürməyə cəhd (29, 120.1) maddələri ilə cinayət işi başlanılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti