Azərbaycan, Bakı, 30 oktyabr/TrendLife, müxbir Eldar Hüseyzadə/
Azərbaycanın əməkdar artisti, populyar müğənni Sevda Ələkbərzadə oktyabrın 31-də Avropyaya turneyə yola düşəcək. Turne noyabrın 8-dək davam edəcək. Trend Life-ın verdiyi xəbərə görə, o Vyana Musiqi Festivalında (noyabrın 5-də) çıxış edəcək, Avstriyada (Şteyr və Feldkirxen şəhərləri), Almaniyada (Nürnberq) bir sıra solo konsertlər verəcək. Qastrol səfərləri Avstriyanın Sargfabrik Mədəniyyət Mərkəzi və Almaniyanın Elen Music Musiqi Agentliyinin dəvəti ilə baş tutacaq. "Vyana dünya musiqisi., rəqsləri və poeziyası festivalı "Salam, Şərq mədəniyyəti" rəmzi adı altında keçiriləcək və mən orada mütləq öz "Salam"ımı verəcəyəm", - Ələkbərzadə Trend Life-a bildirib.
Onun sözlərinə görə, festivalda Avropa auditoriyasını etno-caz stilində dünya musiqisi prizmasından Şərq incəsənətinin sirlərindən agah edəcək. Vyana festivalı artıq 10 ildir keçirilir. Festivalda müxtəlif musiqi mədəniyyətləri, ənənə və janrları görüşür: hip-hopdan klassik cazadək. Ələkbərzadə özünün aşağıdakı tərkibdə olacaq qrupu ilə çıxış edəcək: Emil İbrahim - fortepiano, konsertmeyster, Malik Mənsurov - tar, ud, Natiq Şirinov - nağara, Ruslan Hüseynov - kontrabas, Vaqif Əliyev - zərb.
Azərbaycanın məşhur müğənnisi Ələkbərzadə çıxışları Avropa çartlarında yüksək yerlər tutan 90-cı illərdə səs salmış "Rast" qrupunun solisti kimi populyar olub. Azərbaycanlı ifaçının yeni "Flower in bloom" albomu dünyanın aparıcı audio-mağazalarında uğurla satılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] .