...

Azərbaycanlı şahmatçı beynəlxalq turnirdə çıxışını dayandırıb

Cəmiyyət Materials 31 Oktyabr 2008 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Fransada keçirilən, sürətli şahmat üzrə beynəlxalq turnirdə çıxışını dayandırıb.

Azərbaycanlı qrossmeyster turnirin 1/4 finalında ukraynalı Vasili İvançuka 1:3 hesabı ilə məğlub olub.

Rəcəbov bir müddət əvvəl Rusiyanın "Ural" klubunun heyətində Yunanıstanda keçirilən şahmat üzrə klublararası Avropa kubokunun qalibi adını qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti