...

Futbol üzrə Azərbaycan yığmasının kapitanı Türkiyə klubu ilə altı aylıq müqavilə bağlayacaq

Cəmiyyət Materials 3 Noyabr 2008 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir R.Ergün/ "Neftçi" futbol klubunun keçmiş kapitanı Rəşad Sadıqov Türkiyənin birinci liqasında çıxış edən "Boluspor"a komandanın Superliqaya vəsiqə qazanmasına kömək etmək üçün gedir.

"Bilirəm ki, bu komandanın müdaifə xəttində müəyyən problemlər var. Komanda Superliqaya vəsiqə qazanmaq istəyir. Çalışacağam ki, bu işdə "Boluspor"a kömək edim", - bazar ertəsi Trend -a Sadıqov deyib.

Sadıqov "Neftçi"dən bir müddət əvvəl ayrılıb. O, "Neftçi"nin əvəzedici heyətində hazırlıq keçərək, bu komandanın oyununda iştirak edib. Sadıqovla yanaşı, Aleksandr Çertoqanov, Georgi Adamiya, Rəşad Sadiqov, Elnur Allahverdiyev və Levent Kartop "Neftçi"dən uzaqlaşdırılıb.

Azərbaycan yığma komandasının kapitanı olan futbolçu bildirib ki, qış fasiləsinə kimi "Boluspor"un düşərgəsində hazırlıq keçmək istəyir.

"Neftçi" klubu tərəfindən hansısa problem yaranmasa, tezliklə Türkiyəyə getmək istəyirəm. Qış fasiləsinə kimi bu komandanın düşərgəsində məşq etməyi planlaşdırmışam", - deyə futbolçu əlavə edib.

Sadıqov deyib ki, o, "Boluspor"la 6 aylıq müqavilə bağlamaq istəyir. "Boluspor"da Azərbaycan yığmasının digər üzvü - İlqar Qurbanov da çıxış edir. Sadıqovun Türkiyəyə getməsində Qurbanovun da rolu olub. "Boluspor" Türkiyənin birinci liqasında 11 xalla 12-ci pillədə yer alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti