Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Premyer-Liqasının 10-cu turu çərçivəsində keçiriləcək "Xəzər-Lənkəran" - "İnter" oyununun biletləri satışa çıxarılıb. Bu barədə Trend -a Peşəkar Futbol Liqasının mətbuat xidmətindən məlumat verilib.
"Xəzər-Lənkəran" - "İnter" oyunu noyabrın 9-da keçiriləcək. 9 turdan sonra "Xəzər-Lənkəran" klubu 22 xalla birinci, "İnter" komandası isə 21 xalla ikinci pillədə qərarlaşıb.
Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 2 manat dəyərində olan biletləri Lənkəran şəhəri ilə yanaşı, digər cənub rayonlarından da əldə etmək olar.
"Xəzər-Lənkəran" klubunun vitse-prezideni Araz Nəsirov bildirib ki, komandanın məşqçi korpusu və stadion rəhbərliyinin razılığı ilə matçın saat 18.00-da başlaması qərara alınıb.
"Xəzər-Lənkəran"nın baş məşqçisi türkiyəli Rasim Karadır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]