...

Bu gün Vatikanda dinlərarası dialoq başlayır

Cəmiyyət Materials 4 Noyabr 2008 11:16 (UTC +04:00)

Bu gün Vatikanda 50-yə yaxın müsəlman və xristian dini liderlərləri arasında görüş olacaq. Bu barədə "Timetürk" informasiya agentliyi məlumat verib.

Görüşün məqsədi islam və xristian dinləri arasındakı gərginliyi azaltmaq üçün müştərək fəaliyyət planı yaratmaqdır. Bu gün reallaşdırılacaq dialoqun dünyanın ən böyük iki dini arasında mövcud olan problemlərin həlli baxımından böyük əhəmiyyət daşıdığı bildirilir. Noyabrın 6-da Roma Papası Benediktin görüşdə çıxışı gözlənilir. Görüşdə iştirak edən müsəlman dini liderlərinə Bosniya dini müftüsü Mustafa Ceric başçılıq edir. Bir neçə gün davam edəcək görüşün bağlı qapılar arxasında keçiriləcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti