...

Maestro Valeri Qerqiyev Bakıya gəlir

Cəmiyyət Materials 4 Noyabr 2008 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr/ Trend Life Ö müxbir Eldar Hüsenzadə / Dünyanın görkəmli dirijorlarından biri Valeri Qerqiyev Azərbaycanın xalq artisti bəstəkar Arif Məlikovun yubileyi münasibəti ilə Bakıda, flarmoniyanın səhnəsində çıxış edəcək. Trend Life-nin verdiyi xəbərə görə, Qerqiev Bakıya 1996-cı ildən bədii rəhbəri olduğu Sank-Peterburqun "Marin" teatrının tərkibində gələcək. "Marin" Bakıda Arif Məlikovun "Sevgi əfsanəsi" baletini ifa edəcək, Qerqiyev isə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə dirijorluq edəcək.

Qerqiyev 35 yaşında opera truppasının bədii rəhbəri seçilib, 1996-cı ildən isə "Marin" teatrının bədii rəhbəri və direktorudur. O, Mikkel festivalı (Finlandiya), Qırmızı dəniz festivalı (Eylat), Rotterdam Filarmonik-Qerqiyev festivalı (Hollandiya), Moskva Pasxa festivalı kimi bir çox beynəlxalq musiqi festivallarının yaradılmasının təşəbüsçüsü və bədii rəhbəridir. Qerqiyev 1993-cü ildə Sank-Peterburqda tərəfindən təşkil olunan "Bəyaz gecələrin ulduzları" illik festivalının həm ruhu, həm də ürəyidir. Qerqiyev Almaniyanın "xidmətə görə" birinci dərəcəli Xaç dövlət mükafatına, İtaliyanın "Grand Ufficiale" ordeninə, Fransanın "Ordre des Arts et des Lettres" ordeninə layiq görülüb. 2002-ci ildə ona incəsənətin inkişafına verdiyi mühüm yaradıcılıq töhfəsinə görə, Rusiya prezidenti mükafatı verilib. 2003-cü ilin mart ayında maestro "YUNESKO-nun sülh artisti" fəxri adına layiq görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] .

Xəbər lenti

Xəbər lenti