Azərbaycan, Bakı, 04 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) xüsusi komissiya yaradıb. Bu barədə Trend -a assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, komissiya AFFA-nın təşkilatçılığı ilə 15 və 17 yaşlı futbolçular arasında keçirilən ölkə birinciliyində futbolçuların yaşlarının saxtalaşdırılması ilə bağlı şübhəli məqamları araşdıracaq.
Komissiya saxtalaşdırma faktı aşkarlayacağı halda, futbolçu və məşqçilər cəzalandırılacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]