...

Həndbol üzrə Azərbaycan yığması İrana gedəcək

Cəmiyyət Materials 5 Noyabr 2008 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət həndbol üzrə yığma komandası İranda yoxlama oyunları keçirəcək. Bu barədə İran mətbuatı məlumat verib.

Qadın həndbolçulardan ibarət Azərbaycan yığması İrana noyabrın 13-də gedəcək.

Azərbaycanın və İranın həndbol komandaları noyabrın 13-dən 15-dək hazırlıq oyunları keçirəcəklər.

İranın qadınlardan ibarət həndbol komandası Asiya çempionatında çıxış edəcək. Azərbaycan yığması ilə yoxlama oyunlarının keçirilməsi Asiya çempionatına hazırlıq məqsədi daşıyır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti