Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir R.Ergün/ Sabah Qazaxıstanın Almatı şəhərində başlayacaq şahmat üzrə dünya çempionatında Azərbaycanı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcəklər.
Şahmatın blits növü üzrə keçiriləcək dünya çempionatının mükafat fondu 350 min İsveçrə frankıdır.
Sayca dördüncü dəfə keçiriləcək dünya çempionatında FİDE - nin prezidenti Kirsan İlümjanov, keçmiş dünya çempionu Anatoli Karpov və məşhur ingiltərəli qrossmeyster Naycel Şortun fəxri qonaq kimi iştirak edəcəyi gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]