...

Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi "Neftçi"nin zəifləmədiyini bildirir

Cəmiyyət Materials 6 Noyabr 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov hesab edir ki, bir neçə aparıcı futbolçusunu itirsə də, "Neftçi" komandası zəifləməyib.

"Neftçi" həmişə güclü olub. Düzdür, son vaxtlar komandadan bir neçə aparıcı futbolçu kənarlaşdırılıb. Yenə də "Neftçi" nin zəifləmədiyini düşünürəm", - cümə axşamı Trend - a "Neftçi" ilə oyundan əvvəl Qurbanov deyib.

Azərbaycan Premyer - Liqasının 10 - cu turu çərçivəsində, "Qarabağ" - "Neftçi" görüşü noyabrın 8 - də keçiriləcək.

Qurbanov bildirib ki, "Neftçi"nin heyətində gənc futbolçuların sayının çox olması rəqib komandanın daha yaxşı oynamasına təsir göstərəcək.

"Neftçi"nin gənc futbolçuları bizimlə görüşdə daha yaxşı oynayıb, özlərini göstərməyə çalışacaqlar. Hesab edirəm ki, hər iki komandanın qələbə qazanmaq şansı 50 faizdir", - deyə baş məşqçi əlavə edib.

Hazırda hesabında 16 xal olan "Qarabağ" Premyer -Liqada 6 - cı, "Neftçi" 9 xalla 10 - cu yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti