...

İnsan Haqları üzrə Avropa Məhkəməsində Rusiyaya qarşı qaldırılan məhkəmə işində azərbaycanlı qalib gəlib

Cəmiyyət Materials 7 Noyabr 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr/ Trend , müxbir R.Novruzov/ İnsan Haqları üzrə Avropa Məhkəməsində Rusiyaya qarşı qaldırılan məhkəmə işində azərbaycanlı qalib gəlib.

Avropa Məhkəməsinin press-relizində bildirilir ki, İnsan Haqları üzrə Avropa Məhkəməsi Rusiya məhkəməsinin Azərbaycan vətəndaşı Adil İsmayılova qarşı qərarını qənunsuz hesab edib. Rusiya məhkəməsinin iddiasına görə, Azərbaycan vətəndaşı Rusiya gömrüyündən keçərkən 21 348 dollar məbləğində vəsaitin olması barədə guya məlumat verməyib.

Rusiya məhkəməsi İsmaylovun apardığı vəsaitlərin müsadirə edilməsi və onun altı ay azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Avropa Məhkəməsi, haqqında məlumat verilməyən məbləğin qanuni yolla əldə olunduğunu nəzərə alıb və buna görə, Rusiya məhkəməsinin bu vəsaitləri müsadirə etməyə haqqı olmadığını bildirib. Qərar vəkillərin səsverməsi üzrə 6-nın 1-ə üstünlüyü ilə qəbul olunub. Avropa Məhkəməsi Rusiya məhkəməsinin qərarı ilə mülkiyyətin müdafisi barədə qanunun pozulması barədə qərar qəbul edib. İsmayılova 25 000 avro həcmində kompensasiya ödənib.

2002-ci ilin noyabrında Moskvaya gələn İsmayılova qarşı Bakıda ona miras qalmış mənzilin satışından əldə etdiyi 21 328 ABŞ dolların (17 059 avro) qaçaqmalçılığına dair ittiham irəli sürülüb.

Rusiya məhkəməsi pulları müsadirə etməklə onu altı aylıq azadlıqdan məhrum etmə cəzasına məhkum edib. İsmayılov İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edib və mülkiyyətin qorunması barədə qanuna əsaslanaraq müsadirə olunmuş məbləğin qaytarılmasını tələb edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti