...

Futbol üzrə Azərbaycan yığması Albaniya ilə oyunda yaxşı təsir bağışlamadı – millinin keçmiş baş məşqçisi

Cəmiyyət Materials 20 Noyabr 2008 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Şahin Diniyev hesab edir ki, milli dünən Albaniya ilə oyunda heç də yaxşı təsir bağışlamayıb.

"Oyun xoşuma gəlmədi. Futbolçularımız meydanda bir-birlərini yaxşı başa düşmürdülər. Amma nəzərə almaq lazımdır ki, bu yoldaşlıq oyunudur, baş məşqçinin əsas məqsədi futbolçuları yoxlamaqdır", cümə axşamı Trend -a Diniyev deyib.

Dünən Bakıda keçirilən yoldaşlıq oyununda Azərbaycan yığması Albaniya ilə heç-heçə (1:1) edib.

Diniyev uzun fasilədən sonra yığma komandaya çağırılan Sergey Sokolov və Ernani Pereyra ilə bağlı fikirlərini də bildirib.

"Hər iki futbolçunun yığmaya dəvət olunmasını müsbət hal sayıram. Sokolov "Simurq", Ernani isə "Karvan" klubunda etibarlı oyunu ilə diqqət çəkir. Hesab edirəm ki, bu futbolçular yığmaya xeyir verə bilərlər", - deyə millinin keçmiş baş məşqçisi əlavə edib.

Sokolov və Pereyra Diniyevin yığma komandaya rəhbərlik etdiyi dövrdə Azərbaycan vətəndaşlığını qəbul edərək, millidə çıxış etməyə başlayıblar.

Hazırda yığmanın baş məşqçisi olan Berti Foqts hər iki futbolçunu bu ilin dekabr ayında keçiriləcək təlim-məşq toplanışına dəvət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti