Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir R.Ergün/ Voleybol üzrə Azərbaycan yığma komandasının aparıcı üzvü Natalya Məmmədovanın çıxış etdiyi Türkiyənin "Türk Telekom" klubu baş məşqçi axtarışındadır. Bu barədə cümə günü Türkiyə mətbuatı məlumat verib.
"Türk Telekom"un Türkiyənin voleybol liqasında və Avropa kuboklarında uğursuz çıxış etməsi baş məşqçi Hüseyn Doğantezin istefaya göndərilməsinə səbəb olub.
Türkiyə klubunun rəhbərliyi hazırda yeni baş məşqçi axtarışındadır.
"Türk Telekom"un heyətində bir çox tanınmış voleybolçular çıxış etsələr də, komanda hazırda Türkiyə liqasının turnir cədvəlində "Beşiktaş"dan geridədir.
Məmmədova "Türk Telekom"dan əvvəl uzun müddət Azərbaycanın "Azərreyl" klubunda çıxış edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]