...

Azərbaycanın "Xəzər-Lənkəran" klubunun baş məşqçisinin taleyinə qışda aydınlıq gətiriləcək – klubun vitse-prezidenti

Cəmiyyət Materials 24 Noyabr 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkran" fubol klubunun türkiyəli baş məşqçisi Rasim Karanın taleyinə birinci dövrədən sonra aydınlıq gətiriləcək.

"Kara ilə bağlı yekun qərar Azərbaycan Premyer-Liqasının birinci dövrəsi başa çatandan sonra veriləcək", - bazar ertəsi Trend -a "Xəzər-Lənkəran"ın vitse-prezidenti Araz Nəsirov deyib.

Trend -un arayışı: Dünən Premyer-Liqanın 12-ci turu çərçivəsində keçirilən oyunda "Xəzər-Lənkəran" öz meydanında "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub. Oyundan sonra Kara istefa verdiyini bildirib. Amma klubun prezidenti Mais Mənsimov baş məşqçinin istefasını qəbul etməyib.

Vitse-prezident baş məşqçinin istefasını tələb edən azarkeşlərin fikirlərinə hörmətlə yanaşdıqlarını bildirib.

"Azarkeşləri başa düşürük. Onlar komandanın uğurlu çıxış etməsini istəyirlər. Ona görə də məğlubiyyətə belə sərt reaksiyaları başadüşüləndir", - deyə Nəsirov əlavə edib.

"Qarabağ"la oyunda "Xəzər-Lənkəran" azarkeşləri Karanı isefaya çağırıb.

Kara "Xəzər-Lənkəran"a bu ilin avqust ayında "Qarabağ" klubundan keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti