...

Azərbaycanın "İnter" futbol klubunun prezidenti Ramin Musayevdən üzr istəyib

Cəmiyyət Materials 25 Noyabr 2008 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "İnter" futbol klubunun bolqarıstanlı prezidenti Georgi Nikolov Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevdən üzr istəyib. Bu barədə çərşənbə axşamı Trend -a "İnter" klubunun mətbuat xidməti məlumat verib.

Nikolov bir neçə gün əvvəl Azərbaycan Premyer-Liqasının oyunlarını idarə edən hakimləri sərt şəkildə tənqid edib. "İnter"in prezidenti xüsusi ilə "İnter" - "Qarabağ" oyununu idarə etmiş baş hakim Babək Quliyev və köməkçiləri - Azər Məmmədov və Azər Əsgərovu matçı ədalətli idarə etməməkdə günahlandırıb.

"İnter" - "Qarabağ" oyunu 1:1 hesabı ilə başa çatıb.

"Georgi Nikolov Azərbaycan Premyer-Liqası çərçivəsində keçirilən oyunları idarə edən hakimlər, xüsusi ilə də "İnter" - "Qarabağ" matçını idarə etmiş hakimlər barədə dediyi sözlərə görə, PFL-in prezidenti Ramin Musayevdən üzr istəyir", - deyə məbuat xidmətinin məlmatında bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti