Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir R.Ergün/ Türkiyənin birinci liqa komandası "Boluspor"da çıxış edən azərbaycanlı futbolçu İlqar Qurbanov zədəsini sağaldıb.
İki həftə əvvəl "Sakaryaspor"la oyunda zədələnən Qurbanov komandasının son oyununda iştirak edə bilməyib.
Türkiyə mətbuatının məlumatına görə, yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçunun zədəsi tam sağalıb. Qurbanov dünəndən etibarən komanda ilə birlikdə məşqlərə başlayıb.
Onun şənbə günü "Kartalspor"la oyunda iştirak edəcəyi gözlənilir.
Qurbanov uzun müddət Azərbaycan yığma komandasında çıxış edib
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]