Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir R.Ergün/ Beynəlxalq Hərbi İdman Şurasının (SİZM) Baş katibi polkovnik Mişel Van Meusri Bakıda keçirilən hərbçi-boksçular arasında 52-ci Dünya çempionatının (DÇ) təşkilatçılığından razı qalıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, Meusri bu gün müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü zamanı azərbaycalı boksçuların yüksək yerlər tutacağına ümid bəslədiyini bildirib.
Baş katib DÇ-nin təşkilinə verdiyi dəstəyə görə, Azərbaycanın müdafiə nazrinə təşəkkür edib.
Əbiyev çıxışı zamanı son illər Azərbaycan idmanının sürətli inkişafı, olimpiya yarışlarında azərbaycanlı idmançıların qazandığı uğurlar barədə məlumat verib.
Hazırda dünyanın 131 ölkəsi SİZM-in üzvüdür.
Hərbçi-boksçular arasında DÇ-nin final oyunları sabah keçiriləcək. Qızıl medallar uğrunda 6 Azərbaycan boksçusu mübarizə aparacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]