...

Azərbaycanlı futbolçunun klubu Türkiyənin birinci liqasında qələbə qazana bilməyib

Cəmiyyət Materials 1 Dekabr 2008 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi "Boluspor" klubu Türkiyənin birinci liqasında qələbə qazana bilməyib.

14-cü tur çərçivəsində keçirilən "Boluspor" - "Kartalspor" oyunu 0:0 hesabı ilə başa çatıb.

"Boluspor" oyunçusu Aytək 36-cı dəqiqədə qırmızı vərəqə aldığı üçün komanda matçın qalan hissəsini 10 nəfərlə oynayıb.

Qurbanov zədəsini sağaltsa da, bu oyunda meydana çıxmayıb. Baş məşqçi yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçuya istirahət verib.

"Boluspor"un baş məşqçisi Sərhat Güllərdir.

Hesabında 19 xal olan "Boluspor" hazırda turnir cədvəlində 10-cu yerdədr.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti