...

Azərbaycanın "Bakı" klubunun prezidenti Belçikanın "Anderlext" komandasından olan həmkarı ilə görüşəcək

Cəmiyyət Materials 1 Dekabr 2008 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Belçikanın "Anderlext" komandasının prezidenti ilə görüşəcək. Bu barədə bazar ertəsi Trend -a "Bakı"nın mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin məlumatına görə, Bakıda səfərdə olan "Anderlext"in nümayəndəsi Bekir Tedik bildirib ki, prezidentlər 2009-cu ilin fevral ayında görüşəcəklər.

Tedik Məmmədova "Anderlext"in prezidentinin yazdığı məktubu təqdim edib.

Tedik bildirib ki, "Bakı"nın gənc futbolçuları - Aqil Məmmədovla Bəxtiyar Soltanov Belçikaya gedərək "Anderlext"in məşqlərində iştirak edəcək. O, həmiçinin deyib ki, iki klub arasında Bakıda və Brüsseldə yoldaşlıq oyunu keçiriləcək.

Bir müddət əvvəl "Anderlext"lə "Bakı" arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti