...

MAQATE Azərbaycanda nüvə tədqiqat reaktorunun tikintisinə dair layihəni təsdiqləyib

Cəmiyyət Materials 5 Dekabr 2008 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir İ.Əlizadə/ BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) Hakimlər Şurası Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisi üçün təqdim olunan layihəni təsdiqləyib, cümə günü Trend -a Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

"İnstitut üç il ərzində layihənin əsaslandırılmasını həyata keçirəcək və MAQATE-yə təqdim edəcək", - Qəribov deyib.

Trend -un arayışı: MAQATE-nin ötən il Vyanada keçirilən toplantısında Azərbaycanda nüvə tədqiqat reaktorunun tikintisinə layihə verilməsi barədə qərar çıxarılıb. İlk nüvə tədqiqat reaktorunun tikintisi üçün Azərbaycan hökuməti razılığını verib. Azərbaycanda 30 MVt gücündə nüvə reaktorunun tikilməsi nəzərdə tutulub. 30 MVt gücündə nüvə reaktoru təqribən 36 milyon dollara başa gəlir.

Radiasiya Problemləri İnstitutu Azərbaycanda atom elektrik stansiyasının (AES) tikilməsi ilə bağlı da təkliflər zərfi hazırlayaraq hökumətə təqdim edib. İnstitut Azərbaycanda alternativ enerji mənbəyinin yaradılmasını zəruri hesab edir.

Qəribov deyib ki, layihə hələki Azərbaycana təqdim edilməyib. Layihə əsaslandırıldıqdan sonra nüvə tədqiqat reaktorunun gücü və onun smeta dəyəri dəqiq bilinəcək.

Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev isə cümə günü Trend -a bildirib ki, ölkədə nüvə tədqiqat reaktorunun tikilməsi ekoloji tarazlığın pozulmasına səbəb olacaq.

Tibb elmi tərəfindən təsdiqlənib ki, radioaktivlik insanlarda xərçənc, qan xərçəngi, beyin iflici, ürək çatışmazlığı və digər ağır xəstəliklər yaradır.

Azərbaycanın müstəqil ekoloqları hesab edirlər ki, Azərbaycanda yeni tikiləcək nüvə reaktorunun fəaliyyəti zamanı radioaktivlik yaradan reaksiyalar aparılacaqsa, mütləq insan səhhətinə ziyanı olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti