...

Futbol üzrə Azərbaycan Premyer-Liqasının oyunlarını idarə etmək üçün xaricdən hakimlər dəvət olunmayacaq

Cəmiyyət Materials 5 Dekabr 2008 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan Premyer-Liqasının oyunlarını idərə etmək üçün xaricdən hakimlər dəvət olnmayacaq.

"Xaricdən hakimlər dəvət etmək fikrimiz yoxdur. Səviyyəli yerli hakimlərimiz var. Onlara inanmalıyıq. Xaricdən hakimlər dəvət etməklə futbolumuzun imicinə böyük zərbə vururuq", - cümə günü Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın (AFFA) Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov keçirdiyi mətbuat konfransında deyib.

Məmmədov əlavə edib ki, xaricdən gələn hakimlər də böyük səhvə yol verir.

"Bir neçə il əvvəl "Neftçi" və "Xəzər-Lənkəran" klubları arasında keçirilən "qızıl oyun"a dəvət olunan isveçrəli hakim matçın nəticəsinə birbaşa təsir edən səhvlər etdi. Həmin vaxt "Neftçi"nin ikinci qolu qaydalar çərçivəsində vurulmamışdı. Eyni zamanda, oyunun ikinci yarısında hakim "Neftçi"nin oyunçusu Rəşad Sadıqova ikinci sarı vərəqəni verib meydandan çıxartmalı idi", - o qeyd edib.

HK-nın sədri bildirib ki, hakimlərin Premyer-Liqanın ikinci dövrəsinə daha yaxşı hazırlaşması üçün Türkiyədə təlim-məşq toplanışı təşkil olunacaq.

"Yanvarın 15-də 48 hakim, 2 operator, 2 müəllim və 2 həkim Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq. Bu toplanışın nəicələrinə uyğun olaraq Premyer-Liqanın ikinci dövrəsi üçün hakimlər seçiləcək", - deyə Məmmədov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti