...

Heydər Əliyevin Azərbaycanın beynəlxalq sisteminə inteqrasiya olunmasında əməyi əvəzolunmazdır - Fəxrəddin Qurbanov

Cəmiyyət Materials 12 Dekabr 2008 01:25 (UTC +04:00)
Heydər Əliyevin Azərbaycanın beynəlxalq sisteminə inteqrasiya olunmasında əməyi əvəzolunmazdır - Fəxrəddin Qurbanov

Böyük Britaniya, London, 12 dekabr / Trend , müxbir G.Əhmədova/ " Heydər Əliyevin Azərbaycanın beynəlxalq sisteminə inteqrasiya olunmasında və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində əməyi əvəzolunmazdır ", Azərbaycanın Böyük Britaniyada səfiri Fəxrəddin Qurbanov "First" jurnalının Ümummilli lideri Heydər Əliyevə həsr olunmuş xüsusi sayının təqdim etmə mərasimində deyib.

Tədbir Azərbaycanın Böyük Britaniyada səfirliyində keçirilib.

Tədbiri giriş sözü ilə açan Səfir Fəxrəddin Qurbanov Heydər Əliyevin keçdiyi həyat yolu haqda danışıb.

Tədbirdə Lordlar Palatasının üzvü Baronessa Kateyn, Londonda akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri, yerli icmanın təmsilçiləri, Londondakı Azərbaycan diaspora təşkilatlarının rəhbərləri və icma üzvləri iştirak edib.

Bunun ardınca "First" jurnalının direktoru Rupert Qudman yeni nəşr olunan jurnal haqda məlumat verib. O, jurnalda ölkəmizdə baş verən siyasi və iqtisadi proseslər haqda məlumatların əhatə olunduğunu qeyd edib. Qudman həmçinin Ümummilli lider Heydər Əliyevlə şəxsi görüşlərini xatırlamış və təəssüratlarını bölüşmüşdür.

"Heydər Əliyevin Azərbaycanın Avropa məkanında layiqli yer tutmasında gördüyü işlər əvəzolunmazdır", o deyib.

Baronessa Kateyn son bir neçə ilə ərzində bütün sahələrdə müşahidə olunan yüksək inkişafın məmnuniyyət doğurduğunu qeyd edib.

Tədbir zamanı Ümummilli lider Heydər Əliyevin həyat və fəalyyətini əks etdirən film nümayiş etdirilmiş və beynəlxalq müsabiqə laureatı pianoçu Günel Mirzəyevanın ifasında klassik musiqi nümunələri səsləndirilib.

Xəbər lenti

Xəbər lenti