...

Bakıda beynəlxalq tələbə filmləri festivalı keçiriləcək

Cəmiyyət Materials 17 Dekabr 2008 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir C.Babayeva/ Bakıda dekabrın 23- 25-də "Start" V Beynəlxalq Tələbə Filmləri festivalı keçiriləcək.

Azərbaycan, Türkiyə, İran, Rusiya, Ukrayna, Belarus, Latviya, Qırğızıstan, Özbəkistan, Misir, Gürcüstan tələbələrinin qatıldığı festival "1-30 dəqiqəlik dünya" şüarı altında keçiriləcək, -çərşənbə günü Festivalın təşkilat komitəsindən Trend - a məlumat verilib.

Festivalın müsabiqə proqramına daxil ediləcək filmləri, Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən dəvət olunmuş peşəkar kinematoqrafçılardan ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Festivalın açılış mərasimi Teatr Xadimləri İttifaqında , filmlərin baxışı "Nizami" kinoteatrında keçiriləcək.

"Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən "Start" festivalı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti