...

Azərbaycana zərərli dini ədəbiyyatın idxalı azalıb - Komitə sədri

Cəmiyyət Materials 18 Dekabr 2008 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend müxbir A.Hüseynbala / Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri bildirib ki, dini ədəbiyyatın Azərbaycana qanunsuz yolla gətirilməsi probleminin qarşısı alınıb.

"Komitənin müvafiq qurumlarla birgə gördüyü tədbirlər nəticəsində zərərli dini ədəbiyyatın həm ölkəyə idxalı, həm də ölkə daxilində nəşri son dərəcə azalıb" - Komitə sədri Hidayət Orucov cümə axşamı jurnalistlərə açıqlamasında bu barədə məlumat verib.

Trend - un arayışı: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ötən il 750 adda dini ədəbiyyata baxıb və dini dözümsüzlüyü, ayrı - seçkiliyi təbliğ edən 140 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısını alıb. DQİDK - da qadağan olunmuş dini ədəbiyyatın siyahısı var. İnsanlar arasında irqi, dini ayrı -seçkilik salan, dini ədavət yaradan kitabların nəşri, satışı qanunla qadağan olunur.

Bu il yayımı qadağan olunan dini kitabların siyahısı açıqlanmır.

Onun sözlərinə görə, indiyədək ölkəyə həm xaricdən qanunsuz dini kitablar idxal olunur, həm də Azərbaycanda ayrı - ayrı şəxslər belə kitabların nəşrində maraqlıdırlar.

Orucov deyib ki, Azərbaycanda indiyədək 530 - dan çox dini icma qeydiyyatdan keçib, onlardan 32- si qeyri -islami dinlərə məxsusdur. 7 dini icmanın qeydiyatı ləğv olunub.

Xəbər lenti

Xəbər lenti