...

Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun yeni vitse-prezidentinin adı məlum olub

Cəmiyyət Materials 22 Dekabr 2008 16:12 (UTC +04:00)
Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun yeni vitse-prezidentinin adı məlum olub

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun yeni vitse-prezidenti Rəvan Bəşirov olub. Bu barədə Trend - a klubun mətbuat xidməti məlumat verib.

Trend -un arayışı: Bu gün "Xəzər-Lənkəran"ın vitse - prezidenti Araz Nəsirov vəzifəsindən uzaqlaşdırılaraq, əvvəlki iş yerinə - "Palmali" Şirkətlər Qrupunun Türkiyədəki ofisinə göndərilib.

Bəşirov "Xəzər-Lənkəran"ın fanklubunun fəal üzvlərindən olub. Yeni vitse - prezidentin 24 yaşı var.

"Xəzər-Lənkəran" klubu Azərbaycan kubokunun və Rusiyada təşkil olunan "Birlik Kuboku"nun son qalibidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti