...

Azərbaycanın "Kəpəz" futbol klubu növbəti çempionatda iştirak edəcək - AFFA prezidenti

Cəmiyyət Materials 23 Dekabr 2008 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dекаbr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Kəpəz" futbol klubu növbəti mövsümdən çempionatda iştirak edəcək.

Bu barədə çərşənbə axşamı, İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayev məlumat verib.

"Kəpəz" klubu 2005-ci ildən  fəaliyyətini dayandırıb. Abdullayev cari mövsümün əvvəlində "Kəpəz"in çempionatda iştirak edəcəyini bildirib. Amma sponsor problemi həll olunmadığı üçün, komanda Azərbaycan birinciliyinə qatıla bilməyib.

AFFA prezidenti deyib ki, Tovuzun "Turan" klubunun dağılmaq təhlükəsi yoxdur.

"Turan" komandası Azərbaycan Premyer - Liqasının birinci dövrəsindən sonra sonuncu yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti