...

Maliyyə böhranı azərbaycanlı futbolçu ilə müqavilə bağlamaq istəyən Türkiyə klubunun transfer siyasətinə təsir edib

Cəmiyyət Materials 24 Dekabr 2008 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dеkаbr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqovu transfer etmək istəyən Türkiyənin "Boluspor" klubu transfer məsələlərində son dərəcə diqqətli olacaq.

"Dünyadakı maliyyə böhranına görə, transfer məsələlərində son dərəcə diqqətli olmalıyıq. Biz maliyyə probleminə görə coxlu sayda yox , ancaq zərurui mövqelərə futbolcu transfer edəcəyik",-  Türkiyə mətbuatına "Boluspor" klubunun baş direktoru Osman Gürsoy deyib.

"Boluspor" Türkiyənin birinci liqasının ilk dövrəsindən sonra 22 xalla 9-cu yerdədir.

Sadıqovla müqavilə bağlamaq istəyən "Boluspor"da digər azərbaycanlı futbolçu - İlqar Qurbanov da çıxış edir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti