...

ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunanların məhkəməsi keçirilib

Cəmiyyət Materials 25 Dekabr 2008 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 25  dekabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycanda dini dövlət yaratmaqda ittiham olunan dəstənin üzvü ABŞ - ı İslamın düşməni hesab etdiyindən, din qardaşlarını bu dövlətə qarşı cihada səsləyir.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə dəstə üzvlərinin işi üzrə cümə axşamı keçirilən prosesdə təqsirləndirilən Orxan Əlizadə ifadəsində özünü ittiham olunan cinayətlərdə təqsirli bilməyib.

Trend - un arayışı: Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun rəhbərlik etdiyi 19 nəfərlik dəstə Cinayət Məcəlləsinin 29, 120, 181, 214, 217, 228, 232, 279, 281, 304, 315, 334 - cü maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı "LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda və s. cinayətlərdə ittiham olunurlar.

Təqsirləndirilən hansısa obyektlərdə terror, partlayışlar törədiləcəyi, Azərbaycanın dövlətçiliyinə, Konstitusiya quruluşuna qarşı hərəkətlər edilməsi barədə dəstə üzvləri arasında söhbət aparılmadığını deyib.

Proses günün ikinci yarısında təqsirləndirilənlərin ifadələri ilə davam edir.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]       

Xəbər lenti

Xəbər lenti