Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycan Ali Məhkəməsi cümə günü Bakının Yasamal rayonu ərazisindəki, qəzalı vəziyyətdə olduğu bildirilən binanın sakinlərinin kassasiya şikayətinə baxıb, - cümə günü Trend -a sakinlər məlumar verib.
Bakı şəhəri, Yasamal rayonu, akademik Şəfayət Mehdiyev küçəsi, 546-cı məhəllə, 17 saylı binanın sakinləri Nazirlər Kabinetinin 18 iyul 2008 - ci il tarixlı sərəncamının ləğv edilməsi eləcə dəYasamal rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Arxitektura Komitəsi əməkdaşlarının sakinləri qanunsuz olaraq mənzillərindən çıxarmaları ilə bağlı, Yasamal rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə hər bir vətəndaşın ayrı - ayrılıqda məhkəməyə müraciət etməli olduğunu əsas gətirərək, iddianı icraata götürməmək haqda qərar çıxarıb. Sakinlər sonra rayon məhkəməsinin qərarından apellyasiya şikayəti versələr də, Apellyasiya Məhkəməsi Yasamal rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Sakinlər rastlaşdıqları problemlə bağlı fərdi qaydada yenidən Yasamal rayon Məhkəməsinə müraciət ediblər. Sentyabrın 8-də sakinlərin iddiaları üzə Yasamal rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Hakim onların iddiaları ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərildiyini elan edib və bildirib ki, Nazirlər Kabinetinin sərəncamı ilə bağlı iddialara rayon məhkəmələrində baxıla bilməz. Buna görə də, məsələyə hansı məhkəmədə baxılması üçün, qeyd olunan məhkəməyə sorğu göndərib.
Sakinlərin verdiyi məlumata görə, bu gün Ali Məhkəmədə hakim Aslan Kəlbalayevin sədirliyi ilə onların Apellyasiya Məhkəməsinin çıxartdığı qərardan verdikləri kassasiya şikayətinə baxılıb. "Hakim heç bir əsas gətirmədən Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb", - deyə sakinlər bildirib.
Trend -un arayışı: Bu ilin iyul ayının 19-da sakinlərlə
görüşən Yasamal rayonundakı 21 saylı Mənzil
Istismar Sahəsinin rəisi Laçın Hacıyev Nazirlər
Kabinetinin möhürü ilə təsdiqlənmiş sərəncamını
sakinlərin diqqətinə çatdırıb.
Sərəncamda göstərilib ki, Bakı şəhəri,
Yasamal rayonu, akademik Şəfayət Mehdiyev
küçəsi, 546-cı məhəllə, 17
ünvanında beşmərtəbəli yaşayış
binasının təhlükəli vəziyyətdə olan
mənzillərində yaşayan əhalinin
təhlükəsizliyinin təmin olunması üçün
onların digər ünvanlarda mənzil kirayələyib
müvəqqəti yerləşməsi məqsədilə 36
ailənin rayon ərazisində digər ünvanlarda
yerləşməsi üçün tələb olunan 6
aylıq kirayə haqları və
köçürülmə xərclərinin
ödənilməsi üçün 130560 manat
ayrılması nəzərdə tutulur. 1 otaqlı mənzil
sahiblərinə 400 manat, 2 otaqlılar üçün 500
manat, 3 otaqlı mənzil sahibləri üçün 700
manat, habelə vətəndaşların
köçürülmə xərcləri üçün 1
avtoreysə görə 120 manat vəsait
ödəniləcək. Sərəncamda sakinlərin
yaşadıqları binanın sökülüb -
sökülməməsi və yaxud da təmiri ilə
bağlı heç nə əksini tapmayıb. Həmin
ərəfədə sakinləri qəbul edən Baş nazirin
müavini Abid Şərifov onlara binanın
söküləcəyini deyib. Şərifov binanın 5, 6,
7-ci bloklarının, sonrakı mərhələdə isə,
binanın digər 7 blokunun da söküləcəyini
söyləyib. Baş nazirin müavini sakinlərə bildirib
ki, gələcəkdə həmin ərazidə tikilən
binada sakinlərə indiki mənzil sahələrindən 20
faiz artıq mənzillər veriləcək.
Bina 1959-cu ilin aprel ayından tikilməyə
başlanılıb, 1960-cı ildə istifadəyə verilib.
Həmin ildən binada Bakı Dövlət Universitetinin və
Milli Elmlər Akademiyasinin professorları, alimləri və
dosentləri yaşamağa başlayıblar.
Bu ilin iyun ayının 19-da gecə saatlarında bir qrup polis əməkdaşı binaya daxil olaraq, 5, 6 və 7-ci blokunda yaşayan 40 ailəni mənzillərdən çıxarıblar. Həmin gündən qeyd olunan bloklardakı mənzillərə verilən qaz, su və elektrik enerjisi kəsilib. Binanın təxminən 40-dan artıq eyvanı sökülüb.
Avqustun 13-də sakinlər keçirdikləri mətbuat konfransında binanın qəzalı vəziyyətdə olmadığını və evlərindən çıxmayacaqlarını deyiblər.
Yasamal rayon Icra Hakimiyyətinin nümayəndələri avqustun 14-də, Şəfayət Mehdiyev küçəsində yerləşən 546-cı məhəllədəki qəzalı vəziyyətdə olduğu bildirilən 17 saylı binaya, sakinlərin evlərindən çıxmaları ilə bağlkı elan vurublar. Elanda göstərilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncami ilə sakinlərin müvəqqəti olaraq digər yerlərdə yaşaması üçün 6 aylıq kirayə pulu və əmlakın daşınması üçün müavinət ayrılıb. Elanda ayrılan müavinətlərin "Kapitalbank"ın 2 saylı Yasamal filialında sakinlərin adına açılan xüsusi hesaba köçürüldüyü qeyd edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]