...

Azərbaycanın "Standard" futbol klubunun yeni baş məşqçisinin adı məlum olub

Cəmiyyət Materials 5 Yanvar 2009 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 yanvar/ Trend , müxbir R.Ergün/ Gürcüstandan olan futbol mütəxəssisi Badri Kvaratsxeliya Azərbaycanın "Standard" futbol klubunun yeni baş məşqçisi təyin olunub. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.

Kvaratsxeliya futbolçu kimi uzun müddət Azərbaycanın "Şəmkir" komandasında çıxış edib. O, "Standard" klubunda baş məşqçi Kaxaber Tsxadadzenin köməkçisi kimi fəaliyyət göstərib.

Tsxadadze Gürcüstanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi təyin olduğu üçün "Standard"dan ayrılıb.

"Standard" klubunun rəhbərliyi Kvaratsxeliya ilə yaxın günlərdə müqavilə bağlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti