...

Türkiyənin "Kocaelispor" klubunda oynayacağım yaxın günlərdə bilinəcək - Azərbaycan yığmasının kapitanı

Cəmiyyət Materials 5 Yanvar 2009 16:16 (UTC +04:00)
Türkiyənin "Kocaelispor" klubunda oynayacağım yaxın günlərdə bilinəcək - Azərbaycan yığmasının kapitanı

Azərbaycan, Bakı, 05 yanvar/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov Türkiyənin "Kocaelispor" klubu ilə müqavilə bağlamağa yaxındır, - bazar ertəsi Trend -a Türkiyədən telefonla futbolçu ozü məlumat verib.

"Bu komanda bir müddət əvvəl mənimlə maraqlanırdı. Amma "Valyadolid"ə baxışa getdiyim üçün, "Kocaelispor" variantı arxa plana keçmişdi. Hazırda "Kocaelispor"un düşərgəsindəyəm. Bu klubla müqavilə bağlayıb - bağlamayacağım yaxın günlərdə məlum olacaq ",  - Sadıqov deyib.

Sadıqov bildirib ki, o, "Kocaelispor" klubunun düşərgəsinə iki gün əvvəl gedib.

Türkiyə Superliqasında çıxış edən "Kocaelispor"dan başqa, bu ölkənin birinci liqasında mübarizə aparan "Boluspor" klubu da Sadıqovla maraqlanır.

Hazırda müqavilə ilə "Neftçi" klubuna məxsus olan futbolçunun Misirin "Zəmələk" və Yunanıstanın OFİ klubuna keçməsi də mümkündür.

"Kocaelispor" Türkiyə Superliqasında 18 komanda arasında sonuncu yeri tutur. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti