...

Türkiyənin "Kocaelispor" klubu daha bir azərbaycanlı futbolçunu baxışa çağırıb

Cəmiyyət Materials 12 Yanvar 2009 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu Ramal Hüseynov Türkiyənin "Kocaelispor" klubuna baxışa dəvət olunub. Bu barədə Trend -a futbolçuya yaxın mənbələr məlumat verib.

Hüseynov "Kocaelispor"dan əvvəl Türkiyənin birinci liqa komandası olan "Adanaspor"da baxışdan keçib. "Bakı" klubunun keçmiş futbolçusu "Adanaspor"un məşqçiləri tərəfindən bəyənilməliyi üçün Türkiyə Super Liqasında çıxış edən "Kocaelispor"un düşərgəsinə gedib.

Hazırda Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov da "Kocaelispor"un düşərgəsindədir. Sadıqovun Türkiyə klubu ilə müqavilə bağlayacağı gözlənilir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti