...

Azərbaycanın "Bakı" klubu yanvarın 18 - də Almaniyanın "Köln" komandası ilə yoxlama oyunu keçirəcək

Cəmiyyət Materials 13 Yanvar 2009 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" klubu Türkiyənın Antalya şəhərində Almaniyanın "Köln" klubu ilə yanvar ayının 18-də yoxlama oyunu keçirəcək. Bu barədə Trend -a "Bakı" klubunun mətbuat xidməti məlumat verib.

Görüş yerli vaxtla saat 10.30 - da Antalyadakı "Titanik" otelinin meydançasında keçiriləcək.

Azərbaycan və Almaniya klubları arasıda yoxlama oyunu keçirməklə bağlı bir neçə gün əvvəl razılaşma əldə olunsa da, oyunun vaxtı bu gün dəqiqləşib.

"Köln"ə Türkiyənin "Fənərbaxça" klubunun keçmiş baş məşqçisi Kristof Daum rəhbərlik edir. Komanda Almaniya Bundestliqasının birinci dövrəsini 22 xalla 11-ci pillədə başa vurub.

"Bakı"nın baş məşqçisi makedoniyalı Qyoko Haciyevskidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti