...

Almaniya Futbol İttifaqının nümayəndələri Azərbaycana səfər edəcəklər

Cəmiyyət Materials 21 Yanvar 2009 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müxbir R.Ergün/ Almaniya Futbol İttifaqının (AFİ) nümayəndələri Azərbaycana səfər edəcəklər. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

AFİ rəsmiləri - Volfqanq Virtmann və Corc Belaun Azərbaycana səfər zamanı DÇ 2010-nun seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Almaniya oyunu ilə bağlı bir sıra məsələləri həll etməyə çalışacaqlar.

AFİ nümayəndələri Almaniya milli komandasının üzvlərinin qalması üçün Bakıda otel seçəcəklər və məşqlərin, oyunun keçiriləcəyi stadionlarla tanış olacaqlar.

Azərbaycan və Almaniya milli komandaları arasında ilk oyun bu il avqust ayının 12-də, Bakıda keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti