...

Avropa Komissiyası Azərbaycan məhkəmə-hüquq sistemində islahatların aparılmasına maliyyə vəsaitinin ayrılmasına hazırdır

Cəmiyyət Materials 22 Yanvar 2009 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir E.Rüstəmov/ Azərbaycan məhkəmə-hüquq sistemində islahatların aparılmasına razılıq verərsə, Avropa Komissiyası bu məqsədlə 16 milyon avro ayırmağa hazırdır.

Trend -un məlumatına görə, bu barədə cümə axşamı keçirilən tədbirdə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Jan-Lui Lavrof bildirib.

Lavrof  bildirib ki, ayrılacaq vəsaitin hüquq sistemində islahatların aparılmasına, bu sistemdə çalışan əməkdaşların peşəkarlığının artırılmasına, Ədliyyə Akademiyasının işinin gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulub.

Ədliyyə sisteminin inkişafı strategiyasına dəstək vermək məqsədi daşıyan layihə Azərbaycanla Avropa İttifaqı arasında qəbul olunan Fəaliyyət Planının "Avropa demokratiya və insan hüquqları aləti" bəndi çərçivəsində həyata keçiriləcək.


Lavrofun sözlərinə görə, layihə üç mərhələdə icra olunacaq və hər il ayrılan vəsaitin səmərəli xərclənməsi ilə bağlı 10 meyar əsasında qiymətləndirmə aparılacaq.


Layihə ilə bağlı Avropa Komissiyası təmsilçilərinin bu gün Ədliyyə Nazirliyində görüşü nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti