...

Azərbaycanda vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib-Ali Məhkəmənin sədri

Cəmiyyət Materials 23 Yanvar 2009 17:24 (UTC +04:00)
Azərbaycanda vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib-Ali Məhkəmənin sədri

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda əvvəlki illərlə müqayisədə ötən ildə vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Bunu Ali Məhkəmənin cümə günü keçirilən Plenumunun iclasında sədr Ramiz Rzayev deyib.

Trend -un məlumatına görə, Plenumda Ali Məhkəmənin məhkəmə kollegiyaları sədrlərinin 2008-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib və bu məlumatlarla əlaqədar geniş müzakirələr, təhlillər aparılıb.

Ali Məhkəmənin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyası istisna olmaqla, digər kollegiyalarda ötən ildə baxılmış işlər və daxil olmuş müraciətlər 2007-ci illə müqayisədə artıb.

İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasnda 7,1 faiz azalma müşahidə olunduğu halda, mülki işlər üzrə məhkəmə kollegiyasında 22,8, cinayət işləri üzrə məhkəmə kollegiyasında 22,8, hərbi işlər üzrə məhkəmə kollegiyasında isə 9 faiz artım olub.

Bütün bunlar isə Ali Məhkəməyə daxil olan işlərin sayının 19 faiz artdığını göstərir. Əgər 2007-ci ildə Ali Məhkəmədə cəmi 3 min 639 işə baxılmışdırsa, 2008-ci ildə bu rəqəm 4 min 333 olub.

Plenum iclaslarında konkret işlər üzrə 41 qərar çıxarılıb. Ötən il Ali Məhkəməyə edilən müraciətlərdə artım müşahidə olunub.

2008-ci ildə isə 22 min 320 müraciət edilib. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə 2,6 faiz azalıb.

Ötən ildə 2007-ci illə müqayisədə respublika apelyasiya məhkəmələrinin qəbul etdiyi məhkəmə aktlarının Ali Məhkəmənin kollegiyalarında baxılmış işlərin ümumi sayına görə ləğvi 2,5 faiz azalıb.

Plenumda Ali Məhkəmənin 2009-cu ilin birinci yarısına dair iş planı təsdiq edilib, konkret cinayət və mülki işlərə də baxılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti