...

Mənim "Eurovision" müsabiqəsinin qarşıdakı 10 ili üçün materialım çatar - Azərbaycan bəstəkarı Gövhər Həsənzadə

Cəmiyyət Materials 26 Yanvar 2009 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar /Trend Life, müxbir Eldar Hüseynzadə/ Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadənin "Eurovision" müsabiqəsi üçün qarşıdakı 10 il üçün materialı çatar. Bu iddialı açıqlamanı ötən il Azərbaycanı "Eurovision" müsabiqəsində təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdiyi "Day after day" mahnısının müəllifi, Azərbaycan münsifləri bu il Moskvaya gedərək Azərbaycanı təmsil edəcək gənc müğənni Aysel Teymurzadənin hansı mahnını ifa edəcəyi ilə bağlı son qərar vermədiyi bir vaxtda səsləndirib.

"Sözlərimə cavabdehəm və məndə olan materialı təqdim edə bilərəm", - Həsənzadə bildirib.

"Azərbaycanda "Eurovision"  üçün hər il keyfiyyətli material verə biləcək yetərincə bəstəkar var", -o qeyd edib.

Çıxış üçün mahnının olmaması müəyyən vaxt seytnotu yaradır. Çünki Teymurzadə onu yazdırmalı, ona klip çəkdirməli, məşq etməli, promo-turlar keçirməlidir. Qarşıda isə cəmi 4 ay vaxt qalıb. "Eurovision" müsabiqəsi Moskvada mayın 12-16-sı aralığında keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti