...

Azərbaycan paytaxtında Türkiyə vətəndaşı dəm qazından boğularaq ölüb

Cəmiyyət Materials 26 Yanvar 2009 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında Türkiyə vətəndaşı dəm qazından boğularaq ölüb, bazar ertəsi Trend -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 25-də saat 07.40 radələrində Yasamal rayonundakı M.Seyidov küçəsindəki mənzildə kirayədə yaşayan Türkiyə vətəndaşı Abdulla Baş Qurd dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, builki qış mövsümündə dəm qazından ölənlərin sayı 20-dən artıqdır.

Kliniki Tibbi Mərkəzin toksikologiya bölməsindən verilən məlumata görə, ilin əvvəlindən bəri 140-dan artıq vətəndaş dəm qazından zəhərlənmə diaqnozu ilə bura müraciət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti