...

Serbiyalı futbolçu "Bakı"nın Azərbaycan çempionu olacağına inanır

Cəmiyyət Materials 29 Yanvar 2009 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir R.Ergün/ "Bakı" klubunun Serbiyadan olan futbolçusu Deyan Brankoviç çıxış etdiyi komandanın Azərbaycan Premyer-Liqasının qalibi olacağına inandığını bildirib.

"Klub rəhbərliyi qarşımıza avrokuboklara vəsiqə qazanmaq tələbi qoyub. Hazırda "Bakı"da  bir çox səviyyəli futbolçular baxışdan keçirlər. Onların da köməyi ilə Azərbaycan Premyer-Liqasının qalıbı olacağımıza inanırıq",- "Bakı" klubunun saytına açıqlamasında Brankoviç deyib.

Müdafiəçi mövqeyində çıxış edən Brankoviç Serbiya ilə yanaşı, Makedoniya vətəndaşlığını da daşıyır.

Uzun müddət zədəli olduğu üçün Premyer-Liqa oyunlarında iştirak edə bilməyən futbolçu bildirib ki, ona tam hazır olmaq üçün 10-15 gün vaxt lazımdır.

"İndi özümü yaxşı hiss edirəm. Dörd aya yaxındır ki, oynamıram. Hazırda əsas məqsədim tam hazır olmaq və "Bakı"nın oyunlarında iştirak etməkdir", - deyə Brankoviç əlavə edib.

Serbiyalı futbolçu "Premyer-Liqanın birinci dövrəsində Bakı"nın "Qarabağ" klubu ilə oyununda zədələnib.

"Bakı" Azərbaycan Premyer-Liqasının birinci dövrəsindən sonra 29 xalla 2-ci yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti