Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubunun vitse-prezidenti İlqar Quluzadə Rumıniyanın "Styaua" komandasından transfer olunan Adrian Nyaqadan razı qaldığını bildirib.
"Bu futbolçu "Styaua"nın kapitanı olub. Hesab edirəm ki, Nyaqa bizim hücum xəttimizdəki problemləri həll etməkdə kömək edə biləcək", - çərşənbə axşamı Trend -a Quluzadə deyib.
Hücumçu mövqeyində çıxış edən Nyaqa "Neftçi" ilə iki gün əvvəl ilyarımlıq müqavilə bağlayıb.
Nyaqanın keçmiş komandası olan "Styaua" Rumıniyanın ən tanınmış klublarından biridir. Bu komanda hazırda davam edən Çempionlar Liqasının qrup mərhələsində iştirak edib.
Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" klubunun daha bir neçə yeni futbolçu ilə müqavilə bağlayacağı gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]