...

Azərbaycanın futbol klubları stadionlarla bağlı öhdəlikdən azad olunublar

Cəmiyyət Materials 4 Fevral 2009 14:25 (UTC +04:00)
Azərbaycanın futbol klubları stadionlarla bağlı öhdəlikdən azad olunublar

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol klubları stadionlarla bağlı öhdəlikdən azad olunublar. Bu məsələ ilə bağlı qərar bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) federasiya prezidenti Rövnəq Abdullayevlə klub rəhbərlərinin görüşündə verilib.

Trend -un arayışı: Bir müddət əvvəl klubların qarşısına növbəti mövsümdəm etibarən, hər bir komandanın öz stadionu olması ilə bağlı tələb qoyulmuşdu. Bu addım 3-4 komandanın eyni vaxtda bir stadiondan istifadəsinin qarşısını almaq üçün atılmışdı.

Federasiyada keçirilən görüşdə qərara alınıb ki, maliyyə böhranı ilə əlaqədar olaraq, stadionla bağlı məsələdə klublara bir qədər də vaxt verilsin.

AFFA, stadionu olmayan klub rəhbərlərindən Azərbaycan Premyer-Liqasının növbəti mövsümünə kimi yeni stadionlar tikməyi tələb edirdi.

Azərbaycan Premyer-Liqasında çıxış edən klublardan "Xəzər-Lənkəran"ın, "İnter"in, "Karvan"ın, "Simurq"un, "Turan"ın, "Qarabağ"ın və "Muğan"ın öz stadionu var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti