...

Azərbaycanın Əmək Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, havanın hərarəti 41 dərəcə olduğu halda qeyri-iş günü elan ediləcək

Cəmiyyət Materials 5 Fevral 2009 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir K.Zarablıyeva/ Azərbaycanın Əmək Məcəlləsinə ediləcək dəyişikliyə görə, ölkədə havanın hərarəti 41 dərəcə olduğu halda, qeyri-iş günü elan ediləcək, Trend -un məlumatına görə, bu barədə Məcəlləyə əlavə və dəyişikliklərin edilməsinə dair keçirilən tədbirdə Milli Məclisin (parlament) Sosial qanunvericilik şöbəsinin sektor müdiri Mirhəşim Seyidov bildirib.

Mövcud Əmək Məcəlləsinə görə, ölkə ərazisində 45 dərəcə istilik qeydə alındığı halda qeyri-iş günü elan edilir.

Məcəlləyə dəyişiklik və əlavələr 5 illik monitorinq əsasında həyata keçirilib. Monitorinqdə Ədliyyə, Maliyyə nazirlikləri, Milli Məclis, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Konfedarasiyası iştirak edib.

Əmək Məcəlləsi sonuncu variantda 1998-ci ildə qəbul edilib.

Seyidov deyib ki, Əmək Məcəlləsinin 33-cü maddəsində 120-yə yaxın əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, təklif olunan digər dəyişikliklərə əsasən, Azərbaycanda səsvermə günü qeyri-iş günü elan ediləcək. Müstəsna hallarda vətəndaş səsvermə günü könüllü işləmək istədiyi halda, ona əlavə əmək haqqı ödəniləcək və yaxud vətəndaşın istəyi ilə başqa vaxtda istirahət günü veriləcək.

Azərbaycanda seçkilərdə (Milli Məclis, prezident, bələdiyyə seçkiləri və referendum) səsvermə gününün qeyri-iş günü elan edilməsi Seçki Məcəlləsi ilə müəyyən edilirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti